Ən çox bu yol qayda pozuntusu edilir - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
08 aprel 2024 15:27 (UTC +04:00)

Ən çox bu yol qayda pozuntusu edilir - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Ölkə ərazisində təxminən 1 350 000-dən çox minik avtomobili var. Bu öz növbəsində yollarda pozulan qaydaların miqyasını təsvir etmək üçün bir göstəricidir.

Maraqlıdır, ölkədə ən çox pozulan yol qaydaları hansılardır?

Lent.az-ın bu sorğusunu nəqliyyat eksperti Aslan Əsədov cavablandırıb.

Onun sözlərinə görə, pozulan yol qaydalarının bir neçəsi çox aktualdır:

“Bu məsələ ölkədə çox aktualdır. Statistikaya nəzər yetirsək, ən çox pozulan qaydanın sürət həddinin keçilməsini olduğunu görərik. Bununla yanaşı, dayanma-durma da ən çox pozulan qaydalardan biridir. Qəzalara səbəb olan qayda pozuntusu ara məsafənin saxlanılmamısıdır. Daha sonra, gecə saatlarında baş verən qəzalara səbəb işıqlanmamın düzgün təmin olunmamasıdır.

Bunların hamısı əsas meyarlar biridir. Ona görə konkret demək çətindir. Çünki qayda pozuntuları xarakterik olaraq çoxdur. Bunların statistikasını analiz etsək, ümumi nişanlar içərisində 10-15 yol nişanı daha çox pozuntuya səbəb olan və əməl edilməyən olduğunu görərik”.

Məsələ ilə bağlı bu qayda pozuntularını edən sürücülərin də fikirlərini öyrənməyə çalışdıq.

Günü probkalarda keçən taksi sürücüsü Elşən Səfərov bildirib ki, tıxacda qaldığı üçün çox zaman səbirsizlikdən qayda pozuntusu edib.

Digər sürücü Natiq Qasımov hər gün axşam işdən qayıdanda fikirli olduğu üçün kəmər taxmağı unudur. Nəticədə qayda pozuntusu edərək, cərimələnir.

Sürücü Elsəvər Dadaşov isə dəfələrlə başqa bir sürücünün güdazına getdiyini açıqlayıb. O qeyd edib ki, dönmə əsnasında digər maşının sürücüsü qarşısına keçdiyi üçün qoşa xətti tapdalayıb və cərimə yazılıb.

Bu müşahidələrdən məlum olur ki, daha çox dayanma-durma, manevr etmə, qarşı nəqliyyatın zolağına çıxma, ötmə, işıqforun qırmızı işığında hərəkətə davam etmə kimi yol hərəkəti qaydalarının tələbləri pozulur. Bu səbəbdən də sürücülər dolayı və ya öz səhvləri ucbatından cərimələnirlər.

# 3516
avatar

Fidan İlqar

Oxşar yazılar