Gürcüstanda cərimələnən azərbaycanlı sürücülərin NƏZƏRİNƏ
05 sentyabr 2023 19:25 (UTC +04:00)

Gürcüstanda cərimələnən azərbaycanlı sürücülərin NƏZƏRİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstanda cərimələnən Azərbaycan vətəndaşlarına müraciət edib.

İdarədən Lent.az-a verilən məlumata görə, BDYPİ Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.

Bu məqsədlə, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn)​ ödəmə imkanı verən  https://police.ge/protocol/index.php veb səhifələrdə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4221
avatar

Oxşar yazılar