İmişliyə yeni polis rəisi təyin edildi
12 fevral 2024 21:26 (UTC +04:00)

İmişliyə yeni polis rəisi təyin edildi

İmişliyə yeni polis rəisi təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Saatlı  rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Tağıyev tutduğu vəzifədən azad edilərək, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilib.
İmişli rayon Polis Şöbəsinin keçmiş rəisi polkovnik Füzuli Şıxəliyev xidmətdə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

# 16602
avatar

Oxşar yazılar