Külək hansı xəstəliklərə səbəb ola bilər? – HƏKİM AÇIQLADI
09 aprel 2024 12:54 (UTC +04:00)

Külək hansı xəstəliklərə səbəb ola bilər? – HƏKİM AÇIQLADI

Havanın insan sağlamlığına təsirləri məlumdur. Artıq son günlərdə də paytaxtda güclü külək müşahidə olunur. 

Maraqlıdır, görəsən, güclü külək hansı xəstəliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, bahar fəslinin gəlişi ilə bağlı iki fəslin bir-biri ilə çaxnaşması baş verir. 

Onun sözlərinə görə, iqlim dəyişiklikləri yer kürəsinin ayrı-ayrı yerlərində əvvəllər rast gəlinməyən temperatur fərqləri kimi baş verir:

“Min ildən sonra bunun təsirləri üzə çıxacaq. Məhz bu baxımdan düşünürəm ki, bütün canlı orqanizmlərin inkişafını elə iqlim formalaşdırır. Eləcə də temperatur dəyişiklikləri bir-birini əvəz edir. Məhz bu səbəbdən insanlar xüsusilə geyiminə diqqət etməli, soyuq havalardan özlərini qorumalıdırlar. Bu qaydalara əməl etdikdə təbii ki, güclü küləyin insanlara elə də bir təsiri olmayacaq. Amma güclü külək əsasən soyuqdəymə xəstəliklərinə səbəb ola bilər. İntensiv küləklər isə müəyyən sporadik travmalar törədə bilər”.

# 2991
avatar

Arzu Qurbanlı

Oxşar yazılar