Leysan və qar   yağacaq - Sabahın HAVASI
17 may 2024 12:37 (UTC +04:00)

Leysan və qar yağacaq - Sabahın HAVASI

Mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-19° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80% , gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4-dək isti, gündüz 4-8° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4176
avatar

Oxşar yazılar