Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
24 avqust 2024 11:06 (UTC +04:00)

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Avqustun 24-ü saat 10:00 olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 18 mm, Sarıbaşda (Qax) 16 mm, Balakəndə 15 mm, Xınalıq, Xaçmaz, İsmayıllı, Yevlax, Mingəçevir, Sabirabad, Şəki, Xaltan, Qusarda 2 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Culfada 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR -da 40, aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar