Məşhurlardan Məhsa Əmininin ölümünə etiraz
25 sentyabr 2022 19:43 (UTC +04:00)

Məşhurlardan Məhsa Əmininin ölümünə etiraz

İranda hicabı düzgün geyinmədiyinə görə, əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əminiyə görə etirazlar davam edir. Bir çox tanınmış simalar sosial şəbəkələrdə etiraz aksiyaları keçirən iranlı qadınlıara və Məhsaya həmrəyliklərini ifadə edirlər. Lent.az onlardan bir neçəsinin paylaşımlarını təqdim edir:

Tanınmış müğənni Dəmət Sağıroğlu: Saçı açıqdır deyə öldürülən Məhsanın arxasınca İranda qadın və kişilər dini radikalizmə, fırıldaqçılara qarşı birləşdilər. Yaşasın azadlıq, yaşasın müasirlik.

Aktrisa Aylin Aslım: Ən çox əzdiyiniz qadınlar tərəfindən gəbərdiləcəksiniz. Qadınlar belə gətirəcək sonunuzu. Bizdən qorxun?

Əhməd Ümid: Geridəq almışlığa qarşı dirənən bütün iranlılara min salam olsun.

Kalben: Hər yerdə sənin saçların var.

Nilgün Belgün: Dünyanı qadınlar qurtaracaq.

Mert Fırat: Haqlı dava aparanlar gec və ya tez qalib gəlirlər. Minlərlə insan bir bədən halında bunun üçün savaşır.

Nurgül Yeşilçay:Sizinləyəm

 

 


 

 

 

# 2886
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar