Naxçıvanın yeni FHN rəhbəri KİMDİR? - DOSYE
17 yanvar 2023 16:10 (UTC +04:00)

Naxçıvanın yeni FHN rəhbəri KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə polkovnik Şahin Mirzəyev Naxçıvanın fövqəladə hallar naziri təyin edilib.

Lent.az yeni nazirin dosyesini təqdim edir:

Yeni nazir Şahin Mirzəyev 1968-ci il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. O, ali  təhsilini Azərbaycan Texniki Universitetində alıb.

Şahin Mirzəyev bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini çalışıb. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib. 

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

# 5805
avatar

Fidan İlqar

Oxşar yazılar