Ötən gün 16 nəfər COVID-19-dan ölüb - SON STATİSTİKA
13 avqust 2021 16:32 (UTC +04:00)

Ötən gün 16 nəfər COVID-19-dan ölüb - SON STATİSTİKA

1

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib, aktiv xəstə sayı 18707 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, ötən müddət ərzində isə ümumilikdə 4 178 108 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3204

Oxşar yazılar