"Pensiya yaşı aşağı salınmalıdır"   - Qüdrət Həsənquliyev
17 noyabr 2022 12:55 (UTC +04:00)

"Pensiya yaşı aşağı salınmalıdır" - Qüdrət Həsənquliyev

“Hökumət hara nə qədər pul xərcləyəcəyini əvvəlcədən proqnozlaşdıra bilmir”.

Lent.az-ın APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezident İlham Əliyev təsdiq edib: “Amma büdcədə bu işlərə nə qədər vəsait xərclənəcəyi açıqlanmır. Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, büdcəyə dövlət şirkətləri tərəfindən ödənilən vergilər çox azdır. Özəlləşdirmə sürətləndirilməlidir”.

Deputat qeyd edib ki, 65 yaşa qədər olan kişilərin sayı 47 %-ə çatır: “Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər. Digər tərəfdən, Vergi Məcəlləsinə vergi güzəştləri ilə bağlı dəyişikliklərə baxıram, burada uşaq geyimləri, uşaq yeməkləri yoxdur. Elektromobildənsə bizə bunlara vergi güzəştləri tətbiq etməliyik”.

# 1857
avatar

Oxşar yazılar

Magistratura üçün  sınaq imtahanının   nəticələri AÇIQLANDI

Magistratura üçün sınaq imtahanının nəticələri AÇIQLANDI

30 yanvar 2023 , 18:28
Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10