Qazaxın bu məktəbində 4 aydır İŞIQ YOXDUR
06 oktyabr 2022 18:45 (UTC +04:00)

Qazaxın bu məktəbində 4 aydır İŞIQ YOXDUR

Qazax rayonu, Canallı kənd tam orta məktəbi dörd aydan artıqdır işıqsız qalıb.

Lent.az xəbər verir ki, bu barədə redaksiyamıza kənd sakinləri məlumat verib. 

Canalı kəndinin bələdiyyə sədri Babək Şahmalıyevin Lent.az-a bildirdiyinə görə, paylayıcı trasformator yanıb və aidiyyatı orqanlara, habelə, “Azərişıq”a müraciət olunsa da, nəticə yoxdur. 

"Naqillər pis gündədir, xətlər qırıqdır. Heç kim probemi həll etmək istəmir. Bələdiyyə olaraq bizim də gücümüz xaricindədir”-, o, bildirib.

# 2583
avatar

Nigar Namiq

Oxşar yazılar