Rusiyada bu işlər miqrantlara qadağan edilir
10 noyabr 2023 16:14 (UTC +04:00)

Rusiyada bu işlər miqrantlara qadağan edilir

2024-cü ildən Tula vilayətində Rusiya Federasiyasında patent əsasında işləyən miqrantların müəyyən fəaliyyət növlərinə cəlb edilməsinə qadağa qoyulması planlaşdırılır.

Lent.az yerli mediaya istinadla bildirir ki, müvafiq sənədin layihəsi regional hökumət portalında dərc olunub.

Xüsusən də, əcnəbilər spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan mağazalarda, sərnişin daşımalarında (şəhər və şəhərətrafı nəqliyyat da daxil olmaqla), ictimai iaşə obyektlərində işləyə bilməyəcəklər.

2024-cü il yanvarın 1-dək müvafiq fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləri “əcnəbi işçilərin sayını fərmana uyğun gətirməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28473
avatar

Oxşar yazılar