Anasının tək balası, Vətənin əbədi qəhrəmanı - Şəhidimizin 28 yaşı tamam olur  -VİDEO
12 oktyabr 2026 11:50 (UTC +04:00)

Anasının tək balası, Vətənin əbədi qəhrəmanı - Şəhidimizin 28 yaşı tamam olur -VİDEO

0

Bu gün Vətən müharibəsi şəhidi, leytenant Erkin Ədalət oğlu Hüseynovun doğum günüdür.

Erkin Hüseynov 12 oktyabr 1998-ci ildə Gəncə şəhərində anadan olub. Ailənin tək övladı olub. Gəncə şəhərindəki 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olub və 2020-ci ildə universiteti bitirib.

2021-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunu uğurla başa vuraraq leytenant hərbi rütbəsi alıb. 2022-ci il mayın 11-dən iyulun 15-dək Komando Dağ Təlim Mərkəzində keçirilən Komando başlanğıc kursunu da uğurla bitirib.

Erkin Hüseynov 12 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” medalı, “Şücaətə görə” medalı və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Erkin uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Vətənini, bayrağını və xalqını çox sevirdi. Hərbçi olmaq arzusu ilə seçdiyi yolda inamla irəliləyirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar