Şəhidimiz dəfn edildi - VİDEO  - YENİLƏNİB
24 iyul 2021 13:24 (UTC +04:00)

Şəhidimiz dəfn edildi - VİDEO - YENİLƏNİB

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, F. Yaqublunun dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid Beyləqanın Qəhrəmanlı qəsəbə məzarlığında torpağa tapşırılıb.

***

12:07

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlunun nəşi Beyləqan rayon Qəhrəmanlı qəsəbəsinə gətirilərək ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun məlumatına görə, F. Yaqublunun vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edir.

# 10956
avatar

Oxşar yazılar