"Tərtər işi"ni araşdıran prokuror İŞDƏN ÇIXARILDI  - ÖZƏL
20 aprel 2022 18:10 (UTC +04:00)

"Tərtər işi"ni araşdıran prokuror İŞDƏN ÇIXARILDI - ÖZƏL

Tərtər hərbi prokuroru işdən çıxarılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Tərtər hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilib. O, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun imzaladığı daha bir əmrlə H.Məmmədovun yerinə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev təyin olunub.

Qeyd edək ki, H.Məmmədov "Tərtər işi"ni araşdıran prokuror olub. 

Hümmət Məmmədov

# 9450
avatar

Mehman Nəbiyev

Oxşar yazılar