Türkiyədəki yanğınsöndürənlərimizin bir qrupu qayıtdı
16 avqust 2021 14:55 (UTC +04:00)

Türkiyədəki yanğınsöndürənlərimizin bir qrupu qayıtdı

0

Yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu Azərbaycana qayıdıb.

Lentr.az-ın APA-ya istinadla verdiyi məlumata görə, qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Qeyd edək ki, ümumilikdə 743 nəfər şəxsi heyət və 93 ədəd texnika Vətənə yola düşüb. Şəxsi heyətin bir hissəsi təyyarə ilə, digərləri isə texnikalarla birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2886

Oxşar yazılar