Xaricdə tibb təhsili alanlara BƏD XƏBƏR
11 may 2022 15:45 (UTC +04:00)

Xaricdə tibb təhsili alanlara BƏD XƏBƏR

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Lent.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə Nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.

İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.

# 5274
avatar

Oxşar yazılar