Zaqatalada yanan məktəbin şagirdlərinin hara köçürüləcəyi bəlli oldu
14 may 2023 12:20 (UTC +04:00)

Zaqatalada yanan məktəbin şagirdlərinin hara köçürüləcəyi bəlli oldu

Mayın 13-də axşam saatlarında ildırım vurması nəticəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin dam örtüyündə yanğın baş verib.

Lent.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə bağlı məktəbdə təhsil alan şagirdlər digər qonşu Zaqatala rayon Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbinə köçürüləcək və ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.

Qeyd edək ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binasında hal-hazırda 290 şagird təhsil alır.

# 2067
avatar

Oxşar yazılar