İlk sürücüsüz elektrik avtobusu  sınaqdan keçirildi
15 sentyabr 2025 22:23 (UTC +04:00)

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi

0

İspaniyanın Madrid şəhərində ilk sürücüsüz elektrik avtobusu sınaqdan keçirilir.

Lent.az xəbər verir ki, cəmi 6 dayanacaqla qısa marşrutla işləyən avtobusun tutumu 12 nəfərdir.

Normalda saatda 40 kilometr sürətə çata bilən avtobus, sınaq zamanı maksimum saatda 15 kilometr sürətlə işləyib.

Avtobusun batareyasının ömrünün 8 ilə 10 saat arasında olduğu bildirilir.

Madrid hökuməti təhlükəsizlik və infrastruktur layihələrinin tamamlanmasından sonra 2026-cı ildən başlayaraq bu tip sürücüsüz elektrik avtobuslarından şəhər nəqliyyatında fəal şəkildə istifadə etməyi hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar