Elektron siqaretlər hamiləlik zamanı  təhlükəlidir? - ARAŞDIRMA
15 sentyabr 2025 18:10 (UTC +04:00)

Elektron siqaretlər hamiləlik zamanı təhlükəlidir? - ARAŞDIRMA

0

Yeni araşdırma göstərib ki, elektron siqaretlər nikotinsiz olsa belə, hamiləlik dövründə onların istifadəsi dölün inkişafına mənfi təsir göstərir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox insanlar onu siqaretə daha təhlükəsiz alternativ kimi seçir, lakin nəticələrin fərqində olmur.

Gələcək nəsillər üçün təhlükə

Hətta nikotinsiz elektron siqaretlər də, dölün sağlamlığında ciddi problemlər və inkişaf qüsurları yarada bilər:

“Elektron siqaret istifadəçilərinin əksəriyyəti gənclər və yeniyetmələrdir, yəni reproduktiv yaşın zirvəsində olan insanlardır. Dölün baş hissəsinin formalaşması çox erkən baş verir və bir çox insanlar hamilə olduqlarını bilmədən bu məhsullardan istifadə edə bilər, bu isə böyük narahatlıq yaradır”.

Araşdırmanın nəticələri

Araşdırma hamilə siçanlar üzərində aparılıb. Onlar elektron siqaret çəkilən zaman yaranan buxarı və “boğaz vurmasını” yaradan iki fərqli mayeyə məruz qalıb. Nəticədə çoxlu yeni doğulmuş siçanlarda qısalmış kəllə sümüyü, daha dar üz cizgiləri, aşağı doğum göstəriciləri, çəkidə azalma müşahidə olunub.

“Nikotinsiz elektron siqaret belə dölün kəllə inkişafını dəyişir. Biz bütün üz cizgilərinin daralmasını və ümumilikdə qısalmasını müşahidə etdik – bu, bəzi uşaqlarda görünən dəyişiklikləri xatırladır”, - Krey qeyd edir.

Daha geniş araşdırmalara ehtiyac

Mütəxəssislər vurğulayır ki, bu nəticələr ilkin olsa da, elektron siqaretin, istər nikotinli, istərsə də nikotinsiz, dölə təsiri ilə bağlı daha geniş araşdırmalar aparılmalıdır. Onlar gəncləri və hamiləlik planlayan qadınları elektron siqaret istifadəsindən çəkinməyə çağırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar