İstanbulda terror törədən qadın BELƏ SAXLANILDI  -VİDEO  - YENİLƏNİB
14 noyabr 2022 11:51 (UTC +04:00)

İstanbulda terror törədən qadın BELƏ SAXLANILDI -VİDEO - YENİLƏNİB

Türkiyədə terror törədən qadının saxlanma anının görüntüləri yayılıb. 

Lent.az həmin foto və görüntüləri təqdim edir:

***

Saat 11:17

Oktyabrın 13-də Taksim meydanı, İstiqlal küçəsində baş verən altı nəfərin həyatına son qoyan faciəvi partlayış barədə yeni xəbər var. 

Lent.az xəbər verir ki, Türkiyə mətbuatı partlayışda şübhəli bilinən qadının görüntülərini yayımlayıb. 

Görüntülərdə qadının qara bir çantanı, və ya böyük sellofana bənzər əşyanı oturacağa qoyub sürətlə qaçdığı aydın şəkildə bəlli olub. Qadının saxlanıldığı və araşdırmaların davam etdiyi bildirilir. 

Xatırladaq ki, dünənki faciədə 3 ailədən 6 nəfərin həyatını itirib, 81 nəfər isə yaralanıb. Ölənlərdən ikisi azyaşlıdır. 

Taksimdəki partlayışı törətməkdə şübhəli bilinən qadının görüntüləri

Taksimdə terror törədən qadının saxlanma anı

# 9273
avatar

Nigar Namiq

Oxşar yazılar