Yusif Mustafayevdən məsləhət: "Pulunuzu ehtiyatda saxlamayın"
14 iyul 2022 17:28 (UTC +04:00)

Yusif Mustafayevdən məsləhət: "Pulunuzu ehtiyatda saxlamayın"

Tanınmış müğənni: "Pul yığmaq bəla gətirir" - VİDEO

"Bir məclis var idi, o toya 1990-cı illərdə getmişdim. Qəzetlərdə də həmin məclis barədə məqalə çıxmışdı. Müğənnilər var ki, 3-5 manat pul alacaq deyə gedir, amma mən o toyu təmənnasız oxumuşdum. Çox toylar olub təmənnasız oxuduğum. Kim nə qədər pul veribsə, demişəm "Allah min bərəkət versin". 

Lent.az xəbər verir ki, bu sözləri Yusif Mustafayev "Həmin Zaur" proqramında deyib. Aparıcının ehtiyata pul yığmaq barədə sualına isə müğənni müzakirələrə səbəb olacaq açıqlama da verib:

"Ehtiyatda pul saxlamıram, çünki bəla gətirir. Çalışın, heç vaxt ehtiyatda pul saxlamayın. Məsələn, üç min, beş-on min manat və s. Deyir ki, sənətkar günortaya qədər ac qalar. Günortadan sonra Allah onun bir tikə çörəyini yetirər. Çox pulu olanın çox dərdi olur. Gizlində də pulum yoxdur. Gizlinimi həyat yoldaşım bilməsə də, övladlarım bilir. Qadının qadın işi var".

Yusif Mustafayevdən məsləhət: "Pulunuzu ehtiyatda saxlamayın"

# 4260
avatar

Nigar Namiq

Oxşar yazılar