Vüqar Zifəroğlu: “Rusiya-Türkiyə toqquşmaları bir müddət davam edəcək”
06 fevral 2016 10:55 (UTC +04:00)

Vüqar Zifəroğlu: “Rusiya-Türkiyə toqquşmaları bir müddət davam edəcək”

Qonaq: Vüqar Zifəroğlu , "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri 

 
Mövzu: Türkiyə-Rusiya gərginliyi: hara qədər?
 
"Yaxın Şərqdə baş verən proseslər Rusiya ilə Türkiyənin geosiyasi maraqlarının toqquşmasına gətirib çıxardacaqdı, sadəcə təyyarənin vurulması bunu daha da sürətləndirdi"

"Qərb Rusiyaya sanksiya tətbiq etdiyi vaxtda Türkiyə Rusiya ilə iqtisadi maraqların yeni yollarını axtarmağa başlamışdı"

"Qərb Türkiyə-Rusiya münasibətlərin normallaşmasını istəmir"

"Türkiyənin gözlənilmədiyi zamanda təyyarəni vurması, yəni konkret addımı Rusiyanı isterik bir vəziyyətə saldı"

"Rusiyanın Türkiyə turizminə xeyir verməsi düzdür, amma ümumillikdə bu böyük rəqəm deyil"

"Rusiya hədəf qoyur ki, daxili turizm sektorlarını inkişaf etdirsin, amma bu infrastruktur Rusiyada yox dərəcəsindədir"

"Türkiyə Rusiyanın enerji asılılığından qurtulmaq istəyir"

"Tam iqtisadi sanksiyalara məruz qalan Rusiya üçün Türkiyə ilə münasibətlərin gərginləşməsi Rusiyanın özünə xeyir etmir"

"Türkiyənin radikal mövqeyi anlaşılan və başa düşüləndir"

"Ərəb baharı"ndan sonra Rusiya bütün mövqelərindən çəkilmək zorunda qaldı"

"Lozanna anlaşmasından bu tərəfə, erməni və kürd faktorundan Rusiya həmişə
istifadə etməyə çalışıb"
 

"Türkiyənin Rusiya daxilində türk toplumlarına qarşı yönəlik etmək istədikləri anlaşılandır"

"Əgər Rusiya Türkiyəyə yönəlik kürd və erməni kartından istifadə edəcəksə niyə ki, Türkiyə tatar faktorundan istifadə etməsin?"

"Türkiyə-Rusiya münasibətlərinin yaxın zamanda istiləşməsinə, hətta normalllaşmasına belə inanmıram"

"Təyyarə insidenti toqquşan maraqların ortaya çıxması üçün bir katalizator oldu"

"Türkiyə Suriyada özünə uyğun dəyişiklik istəyir, Rusiya isə indiki prosesin dəyişməməsini arzu edir"

"Siyasi maraqların toqquşması Türkiyə və Rusiyanın iqtisadi sahədə maraqlarının üst-üstə düşməsinə mane olur"

"Dolayısı toqquşmalar davam edəcək, amma açıq şəkildə Rusiya-Türkiyə müharibəsinin baş verməsinə inanmıram"

"Ərəb ölkələri güclü Türkiyə faktorunun Yaxın Şərqdə parlamasını istəmirlər"

"Türkiyə-Rusiya münasibətlərində İran bu münasibətlərdən faydalı çıxmağa çalışan ölkədir"

"Rusiya Qərblə İran arasındakı Vyana razılaşmasının memarı oldu"

 

# 209
avatar

Oxşar yazılar