Həbsxanaya düşən MƏŞHURLARIMIZ  - Kimlər və niyə?
26 aprel 2024 15:02 (UTC +04:00)

Həbsxanaya düşən MƏŞHURLARIMIZ - Kimlər və niyə?

Sənətlərini heyranlıqla izlədiyimiz məşhur incəsənət xadimlərimizin heç də hamısı ideal həyat tərzi sürmürlər. Onların arasında da qanunları pozan, enişli- çıxışlı cığırlarla gəzən, ömür yolu həbsxanadan düşənlər var.

Lent.az belə məşhurlar barədə məlumat verir.

Prodüser Təranə Səmədova və stilist İntuş qızları fahişələyi cəlb etməkdə günahlandırılıb həbs  həyatı yaşayırlar.

 Aparıcı İlham Mirzəyev fırıldaqçılığa görə cəza çəkdikdən sonra yenidən ekranlara döndü.

Müğənni Fədayə Laçın isə eşq fədaisi kimi ömrünün ən gözəl illərini  məhkum olaraq yaşadı.

 Mərhum reper Hüseyn Dəryanın da yolu həbsxandan düşmüşdü. 

Müğənni-bəstəkar Tunar Rəhmanoğlu 2013-ci ildə  yol hərəkəti qaydalarını pozduğuna və polisə müqavimət göstərdiyinə görə həbs edilib. 

 Müğənni Vüsal Əliyev dələduzluq maddəsi ilə axtarışda olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilən müğənni himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.

Rejissorlardan Aqil M.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. O, 2 ay həbs həyatı yaşayıb.

Mərhum müğənni  Emil Rəhmanov da soyğunçuluqda günahlandırılıb, 6 il həbs cəzası alıb. 

Tanınmış idmançı Kamil Zeynallı 2 dəfə həbsdə olub.

Müğənni Maral Tahirqızının da yolu həbsxanadan keçib.

Dostunu bıçaqladığına görə, müğənni Samir Cavadzadənin də bir müddətlik qoluna qandal vurulub.

Reper Elşad Xoseni həbs həyatına narkotiklər məhkum edib.

# 44820
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar