Qənirə Paşayeva hərbi məktəblərə hazırlaşan gənclərlə görüşüb
13 fevral 2016 12:45 (UTC +04:00)

Qənirə Paşayeva hərbi məktəblərə hazırlaşan gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda hərbi məktəblərə hazırlaşan gənclərlə görüşüb. 

Lent.az-ın məlumatına görə, Qənirə Paşayeva hərbi məktəblərə daxil olmağa hazırlaşan gənclərlə, hərbi yarışların və oyunların qalibləri ilə görüşündə deyib ki, son bir neçə ildə Tovuz rayonundan hərbi məktəblərə daxil olan gənclərin həm sayında, həm də göstəricilərində müsbətə doğru sürətli artım onu sevindirir: “Hər il Tovuzdan hərbi məktəblərə daxil olanların sayının artmasını çox gözəl bir nəticədir. Biz inanırıq ki, gələn illərdə bu istiqamətdə uğurlar daha da çox olacaq”.

 

Qənirə Paşayeva prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordunun getdikcə daha da gücləndiyini, hərbi məktəblərə fiziki və mənəvi cəhətdən ən sağlam və ən savadlı gənclərin üz tutmalarının vacibliyini qeyd edib. 

 

Millət vəkili eyni zamanda orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin daha da yaxşılaşdırılması, gənclərimizin vətənpərvərlik ruhunda böyümələri istiqamətində işlərin daha da artmasının vacibliyini də qeyd edib. Hərbi məktəblərə daxil olmağa hazırlaşan gənclərə uğurlar arzulayan millət vəkili hərbi yarışların və oyunların qalib və iştirakçılarını ölkəmizi daima layiqlə təmsil etməyi və uğurlarının davamlı olmasını arzulayıb. Ermənistanın işğalı altında olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi altında mütləq azad edəcəyimizi deyən Qənirə Paşayeva “hər bir gəncimiz bu istiqamətdə daha çox çalışmalı, dövlətimizin inkişafı üçün daha da çox işləməlidir”, deyə bildirib. 

 

Görüşün sonunda millət vəkili hərbi məktəblərə daxil olmağa hazırlaşan gənclərə, hərbi yarışların və oyunların qaliblərinə yeni nəşr olunmuş “Müasir Avropa təhlükəsizliyi: Yeni çağırışlar və təhdidlər(Cənubi Qafqaz münaqişələri timsalında) adlı kitabını, müəllifi olduğu digər kitabları və Azərbaycan tarixi ilə bağlı materialları hədiyyə edib. Millət vəkili Q. Paşayeva həmçinin rayonda hərbi dərsləri tədris edən müəllimlərlə də görüşüb, geniş fikir mübadiləsi aparıb. Millət vəkili deyib ki, rayonda hərbi dərslərin keyfiyyəti daha da artmalıdır. Hansı peşənin arxasınca getməsindən asılı olmayaraq müharibə şəraitində olan ölkəmizin hər bir gənci hərbi biliklərə malik olmalıdır.  

 

# 88
avatar

Oxşar yazılar