Bakıya  güclü yağış,   rayonlara  qar yağacaq   - Sabahın HAVASI
29 mart 2024 12:36 (UTC +04:00)

Bakıya güclü yağış, rayonlara qar yağacaq - Sabahın HAVASI

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir duman olacaq.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

# 31635
avatar

Oxşar yazılar

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14