Ər-arvad arasında ideal yaş fərqi  nə qədər olmalıdır?
19 mart 2026 13:39 (UTC +04:00)

Ər-arvad arasında ideal yaş fərqi nə qədər olmalıdır?

0

Psixoloqlar bildirirlər ki, cütlüklər arasındakı yaş fərqi müəyyən rol oynasa da, bu, münasibətlərin uğurlu olub-olmamasını müəyyən edən əsas amil deyil.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, ən stabil münasibətlər adətən yaş fərqi 2-5 il olan cütlüklərdə müşahidə olunur. Belə hallarda tərəfdaşlar oxşar həyat mərhələsində olur, maraqları və planları bir-birinə daha uyğun gəlir.

Ekspertlər qeyd edir ki, tərəflərdən birinin bir qədər böyük olması da üstünlük yarada bilər. Daha yaşlı tərəfdaş adətən daha təcrübəli olur, çətin vəziyyətlərdə daha sakit reaksiya verir və qarşı tərəfə dəstək göstərməkdə daha uğurlu olur. Bu da münasibətdə sabitlik hissini artırır.

Lakin yaş fərqi 10-15 ildən çox olduqda bəzi çətinliklər yarana bilər. Bu zaman tərəfdaşların həyat tərzi, maraqları və gələcəyə baxışları fərqli ola bilər. Buna baxmayaraq, mütəxəssislər bildirirlər ki, belə münasibətlər uğursuz sayılmır.

Əsas məqam tərəflərin bir-birinə hörmət etməsi, ortaq dəyərlərə sahib olması və qarşılıqlı dəstək göstərməsidir.

Psixoloqlar vurğulayır ki, münasibətlərdə xoşbəxtliyi müəyyən edən əsas amillər bunlardır: qarşılıqlı hörmət; etibar; dəstək; ortaq məqsədlər.

Mütəxəssislərin fikrincə, məhz bu amillər uzunmüddətli və harmonik münasibətlərin əsasını təşkil edir, yaş fərqi isə ikinci dərəcəli məsələdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar