Məşhur kolumbiyalı aktrisa Sofiya Verqara şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı aktrisa “Imagine Dragons” qrupunun 39 yaşlı solisti Den Reynolds ilə birlikdə görüntülənib.
İkilinin oktyabrın 24-də ABŞ-nin Beverli-Hillz şəhərində yerləşən “Cipriani” restoranında şam yeməyi yediyi bildirilir.
Yayılan görüntülərdə məşhurların masa arxasında əl-ələ tutması diqqət çəkib. Onların görüşdə dostları ilə birlikdə olduğu da qeyd edilir.
Maraqlıdır ki, Den Reynolds bu yaxınlarda aktrisa Minka Kelli ilə münasibətlərini bitirib. Sofiya Verqara isə 2024-cü ildə aktyor Co Manqaniello ilə boşanıb.
Məşhurların birlikdə görüntülənməsi yeni sevgi münasibəti barədə söz-söhbətlərə səbəb olsa da, tərəflər hələlik aralarında romantik münasibət olduğunu təsdiqləməyiblər