Ərindən boşandı:  Qaynanasından gözlənilməz “sürpriz ” aldı
14 noyabr 2025 18:17 (UTC +04:00)

Ərindən boşandı: Qaynanasından gözlənilməz “sürpriz” aldı

0

Qayınana oğlundan boşandıqdan sonra keçmiş gəlinindən məhkəmə yolu ilə “intiqam almaq” qərarına gəlib.

Həyat yoldaşından boşanmaq qərarına gələn qadın qayınanasının gözlənilməz tələbi ilə üzləşib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, gəlinindən evində iki il yaşadığına görə təzminat tələb edib və bu tələbləri yerinə yetirilməsə məhkəməyə verəcəyi ilə hədələyib.

Bu, Reddit forumlarından birində məlum olub.

Yazı müəllifi Ceyk adlı əri ilə münasibətini bir müddət əvvəl bitirdiyini bildirib. Evliliklərinin iki ilini onun anası Diananın evində yaşayıblar.

"O, pula qənaət etmək üçün bizə onunla yaşamağı təklif etdi", - istifadəçi yazıb.

Qadın vurğulayıb ki, qayınanası ona ev əşyalarından pulsuz istifadə etdiyini tez-tez xatırladır. O qeyd edib ki, qayınanası onun evində kirayə və kommunal xərcləri ödəmədən yaşamağın nə qədər rahat olduğuna diqqət yetirib.

Həyat yoldaşından ayrıldıqdan sonra qadının qayınanasının evindən köçməsi Diananın şiddətli narazılığına səbəb olub. O, boşanmasından əsəbiləşib və keçmiş gəlinindən birlikdə olduqları müddətdə xeyli miqdarda kirayə pulu və kommunal xidmətlər ödəməsini tələb edib.

Bundan əlavə, qayınanası onu paltaryuyan maşından həddən artıq istifadə etməkdə günahlandırıb və pulunun ödənilməsi üçün onu məhkəməyə verəcəyi ilə hədələyib.

Hekayənin müəllifi ehtimal edir ki, Diana onu Ceyki tərk etmək qərarına görə bu şəkildə cəzalandırmağa çalışır. Bir çox Reddit istifadəçisi bu fikri təkrarlayıb və qeyd edib ki, yazılı razılaşma və ya müqavilə olmadan qayınana məhkəmədə uğur qazana bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar