Rusiyalı aktyor Oleq Şklovski 79 yaşında üçüncü həyat yoldaşı ilə nikahını rəsmən pozub.
Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
Moskva məhkəməsi oktyabrın 19-da aktyorun boşanma barədə müraciətini təmin edib.
“Salam, mən sizin xalanızam!” filmi ilə tanınan Şklovski uzun illər kino və teatr sahəsində fəaliyyət göstərib. Onun şəxsi həyatındakı dəyişiklik Rusiya mediasının diqqətini çəkib.