Gəlinin anasından bəyə soyuq duş   - Qızının  ətəyini   qaldırıb... -  VİDEO
30 oktyabr 2025 17:28 (UTC +04:00)

Gəlinin anasından bəyə soyuq duş - Qızının ətəyini qaldırıb... - VİDEO

1

Sosial şəbəkələrdə yayılan bir toy görüntüsü qısa zamanda gündəm olub. Gəlin anası, qızını gəlinliklə yola salarkən kürəkənə sərt xəbərdarlıq edib və davranışı ilə müzakirələrə səbəb olub.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, mərasim zamanı ana qızına bir açar verərək kürəkəninə alkoqol, narkotik mövzularında xəbərdarlıq edib.

O, bəyə səslənərək deyib: “Qızıma gələcək hər hansı bir zərərdə dağı-daşı inlədirəm. Onu asan böyütmədim. Doğrusu ilə, yanlışı ilə həmişə onun yanındayam”.

Daha sonra gəlinlik paltarını qaldıran ana, gəlinin ayaqqabısının içinə pul qoyaraq “Qızımın yol pulu ayağının altındadır” sözlərini səsləndirib.

Hadisə qısa müddətdə minlərlə dəfə paylaşılaraq sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər bu davranışa müxtəlif reaksiya göstəriblər.

Şərhlərdə “Allah kürəkənin köməyi olsun”, “görməmişlik edirlər”, “bu qaynana 1 il ərzində onları boşadacaq” və s. yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 704

Oxşar yazılar