Dakota Consonun yeni sevgilisi üzə çıxdı – Birlikdə görüntüləndilər
25 oktyabr 2026 23:37 (UTC +04:00)

Dakota Consonun yeni sevgilisi üzə çıxdı – Birlikdə görüntüləndilər

0

 

Hollivud aktrisası Dakota Consonla müğənni Machine Gun Kelly arasında romantik münasibət yaşandığına dair iddialar yenidən gündəmə gəlib. İkili ardıcıl iki gün birlikdə görüntülənib.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

37 yaşlı aktrisa və 36 yaşlı musiqiçi Los-Ancelesdə studiyadan birlikdə çıxarkən paparatsilərin kameralarına tuş gəliblər. Dayanacaqda yanaşı hərəkət edən məşhurlar daha sonra qırmızı idman avtomobilinə minərək ərazidən uzaqlaşıblar.

Bundan bir gün əvvəl onların eyni hoteldən birlikdə ayrıldığı da bildirilir. Xarici mediada cütlüyün sentyabrdan münasibət yaşadığı ehtimal olunur. Bununla belə, tərəflər sevgili olduqlarını rəsmən təsdiqləməyiblər.

Qeyd edək ki, Dakota Conson ötən il “Coldplay” qrupunun solisti Kris Martinlə səkkizillik münasibətinə son qoyub. Machine Gun Kelly isə daha əvvəl aktrisa Meqan Foksla nişanlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar