İnsanlar ilin bu vaxtında daha çox aşiq  olurlar
16 fevral 2026 16:39 (UTC +04:00)

İnsanlar ilin bu vaxtında daha çox aşiq olurlar

0

Sevginin mövsümü olmadığı düşüncəsi geniş yayılmış olsa da, araşdırmalar göstərir ki, bəzi fəsillər yeni münasibətlərin başlanması üçün digərlərinə nisbətən daha əlverişlidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, gün işığındakı dəyişikliklər, hava şəraiti və gündəlik həyat ritmi insanların emosional durumuna və yaxınlığa hazır olmasına birbaşa təsir edir. Mütəxəssislərin fikrincə, məhz bu amillər yeni romantik münasibətlər üçün ya münbit, ya da çətin şərait yaradır.

Qış

Qucaqların istiliyi və soyuq axşamların romantikasına baxmayaraq, qış yeni tanışlıqlar üçün ən asan dövr hesab edilmir. Klinik psixoloq Syuzan Devis bildirir ki, qış aylarında insanlar daha çox öz “yuvalarına” qayıtmağa, isinməyə və xarici dünyadan qorunmağa meyilli olurlar.

Bundan əlavə, Milli Sağlamlıq İnstitutunun məlumatlarına görə, qısa gün işığı əhval-ruhiyyə dəyişiklikləri və “qış depressiyası” ilə əlaqələndirilir. Bu cür şəraitdə yeni sevgi tapmaq xeyli çətinləşir.

Yaz

Uzun və ağır qış aylarından sonra yaz yenilənmə hissi gətirir. Lakin bu fəsil çox vaxt münasibətlərin yenidən dəyərləndirildiyi dövr olur. Ailə terapevti Ceyn Qrir qeyd edir ki, qışda insanlar mövcud münasibətlərə daha çox bağlanırlar, çünki bu dövrdə yeni bir şeyə başlamaq həm çətin, həm də ruhən ağır olur. Yazda isə əhval-ruhiyyə və özünə inam artdıqca dəyişikliklər baş verə bilər.

Yay

Yay səyahətlərin, məclislərin, macəraların və yeni tanışlıqların vaxtıdır. İlk baxışda romantika üçün ideal fəsil təsiri bağışlasa da, yay münasibətləri çox vaxt qısaömürlü olur. Antropoloq Helen Fişer bunu insanların daim hərəkətdə olması ilə izah edir, çünki belə şəraitdə sabit emosional bağ qurmaq çətinləşir.

Bununla yanaşı, yayın üstünlükləri də var. Miçiqan Universitetindən doktor Maykl F. Qolik bildirir ki, günəş işığı melatonin səviyyəsini azaldır və insanları yeni ideya və təcrübələrə daha açıq edir. Bu səbəbdən yay aylarında tanış olmaq və yeni şeylər sınamaq daha asan olur.

Payız

Payız isə ən “ciddi” fəsil hesab olunur. Yayın xaosundan sonra həyat yenidən öz normal axarına qayıdır və tədqiqatçıların fikrincə, məhz bu stabillik sevgi üçün ideal zəmin yaradır.

2012-ci ildə Facebook Data Science tərəfindən aparılan araşdırma aydın mövsümi tendensiyanı ortaya qoyub: istifadəçilər ən çox payız aylarında münasibət statuslarını “nünasibətdəyəm” və ya “nişanlıyam” olaraq dəyişiblər.

Mütəxəssislər bunu belə izah edirlər, soyuq havalar və bayram dövrü yaxınlaşdıqca insanlar şüuraltı şəkildə qışı və bayramları birlikdə keçirə biləcəkləri birinin olmasını arzulayırlar. Hətta payızda görüşlər daha romantik xarakter alır. Honq Konq Elm və Texnologiya Universitetinin araşdırması da göstərib ki, insanlar soyuq havalarda romantik filmlərə daha çox üstünlük verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar