İrem Dericidən Hadisəyə sevgi dolu  təbrik:   “Səni bütün qəlbimlə sevirəm ”
22 oktyabr 2026 19:46 (UTC +04:00)

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

0

Türkiyəli məşhur müğənni Hadisə 42 yaşını qeyd edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin doğum günü münasibətilə çoxsaylı təbriklər ünvanlanıb. Onu təbrik edənlər arasında yaxın rəfiqəsi, müğənni İrem Derici də olub.

O, sosial şəbəkədə Hadisə ilə birgə fotosunu paylaşaraq duyğulu sözlər ünvanlayıb:

“Kraliçanın doğum günüdür! Qoy təbriklər başlasın! Səni bütün qəlbimlə o qədər çox sevirəm ki, bunu sözlə ifadə edə bilmirəm. Qoy bu yaşın həyatının ən gözəl ili olsun. Çox gülək, çox əylənək, çox sevək!”

İrem Dericinin paylaşımı sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.

Qeyd edək ki  Hadisə bir müddət əvvəl Anas Bukhaşın təqdim etdiyi “ABtalks” adlı “YouTube” proqramında qonaq olarkən şəxsi həyatı, ailəsi və keçmişdə yaşadığı çətinliklər barədə səmimi açıqlamalar verib.

Bacısı ilə münasibətlərindən danışan müğənni göz yaşlarını saxlaya bilməyib.

“Aramızda anlaşılmazlıq yaşanıb, amma bu barədə danışa bilmirəm. Çünki həmin məsələləri ictimaiyyətə açıqlamamaq barədə razılığımız var. Artıq danışmırıq, amma mən onu sevirəm”, – Hadisə bildirib.

Müğənni ailəsində yaşanan problemlər səbəbindən psixoloji dəstək aldığını da etiraf edib.

“Yaşadığım travmaya görə peşəkar terapevtə müraciət etdim. Özümü inanılmaz dərəcədə tənha hiss etdiyim bir dövr idi. Ailəmizdə ciddi fikir ayrılıqları yaşanırdı. Anamı da çox az görürdüm. Münasibətlərimiz yaxşı olmasa da, hər zaman onun yanında olacağam”, – sənətçi vurğulayıb.

İrem Dericiden Hadiseye kutlama Tüm kalbimle çok seviyorum

İrem Dericiden Hadiseye kutlama Tüm kalbimle çok seviyorum

TERAPİSTTEN DESTEK ALDIM, KENDİMİ YALNIZ HİSSETTİM

İREM DERİCİDEN KUTLAMA

KUTLAMALAR BAŞLASIN

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar