Kişilər və qadınların DİQQƏTİNƏ: Bu 3 şey  hər bir əlaqəni   məhv edir
14 mart 2024 17:16 (UTC +04:00)

Kişilər və qadınların DİQQƏTİNƏ: Bu 3 şey hər bir əlaqəni məhv edir

Sağlam münasibətlər nəinki qarşılıqlı dialoqu, həm də tərəflərin öz üzərində işləməyini tələb edir. Ancaq ən gözəl sevgi münasibətlərini belə məhv edə biləcək səhvlər etmək asandır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan ən məşhurları bunlardır:

Partnyorunuzu dəyişdirməyə və onu daha rahat etməyə çalışmaq

Münasibətlərin əvvəlində, əlbəttə ki, müəyyən bir eyforiya var, həmin şəxslə daha çox vaxt keçirmək istəyirsən. Amma zaman keçdikcə bu hiss yox olur. Nəticədə insan buna alışır, ona təşəkkür etməyi dayandırır və tərəfdaşını lazım olduğu kimi qəbul edir.

Zaman keçdikcə düzəltmək istədiyiniz xüsusiyyətlər ortaya çıxa bilər. Məsələn, bir insanın müəyyən situasiyalarda davranışı, onun fiqurunu, saç düzümü və ya geyim tərzini bəyənməyə bilərsiniz.

Onu dəyişdirməyə çalışsanız, belə bir səhv sevgini çox asanlıqla öldürür. Çünki cütlük tənqid və ya yeni qaydalarla qarşılaşdıqda münasibətlərin inkişafı olmayacaqdır.

İctimaiyyətdə mübahisə etmək

Mübahisəli vəziyyətlərin ictimaiyyətdə aydınlaşdırılması münasibətlərdə ciddi çatlara səbəb ola, inam və hörməti sarsıda bilər. İctimai qalmaqallar yalnız münasibətləri əbədi olaraq pozmaq niyyətindəsinizsə yaxşıdır. Əgər normal münasibətlərdə qalmaq istəyirsinizsə, o zaman belə vəziyyətlərdən qaçınmaq, yad adamlar olmadan sakit bir atmosferdə danışaraq münaqişələri həll etmək daha yaxşıdır.

Şəxsi məkanı ələ keçirmək

Sağlam münasibətlərdəki cütlüklərdə hər kəsin şəxsi fəaliyyətləri və maraqları üçün öz şəxsi məkanı var. Partnyorunuzu izləməməli, obsesif qayğı göstərməməli və ya bütün boş vaxtınızı yalnız onun yanında keçirməyə çalışmamalısınız.

# 2847
avatar

Fidan İlqar

Oxşar yazılar