Kişilərin heç vaxt bağışlamadığı   6 ifadə
07 fevral 2026 10:17 (UTC +04:00)

Kişilərin heç vaxt bağışlamadığı 6 ifadə

0

Bəzi ifadələr var ki, onları ucadan səsləndirmək münasibətlərə ən ciddi mübahisədən belə daha çox zərər verə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloq Viktoriya Sermanın sözlərinə görə, bəzi sözləri nə münasibətlərin əvvəlində, nə də uzun illər birgə yaşadıqdan sonra kişiyə demək olar.

Onun fikrincə, bu cür sözlər xüsusilə ağrılı qəbul olunur və zamanla cütlük arasındakı bağları zəiflədir. Psixoloq qeyd edir ki, bəzən bir ehtiyatsız söz münasibətə ən böyük qalmaqaldan daha çox zərər vura bilər.

Viktoriya Sermanın sözlərinə görə, kişiləri incidən və münasibətləri tədricən sarsıdan ən azı altı ifadə var. O, qadınlara bu sözləri heç vaxt işlətməməyi tövsiyə edir.

“Biz ayrılırıq” və ya “Səni tərk edirəm”

Qadınların bəzən tərəfdaşını qorxutmaq üçün işlətdiyi bu ifadə ən təhlükəlilərindəndir. Psixoloq bildirir ki, əgər bu sözlərdən sonra real addım atılmırsa, zamanla onlar dəyərini itirir.

Nəticədə kişi bu “təhdidlərə” ciddi yanaşmır və bir gün sakit şəkildə “onda get” deyə cavab verə bilər. Bu isə etimadı və münasibətdə sabitlik hissini məhv edir.

“Keçmiş sevgilim səndən daha yaxşı idi”

Müqayisə demək olar ki, həmişə yaralayır. Hətta bir xüsusiyyətlə bağlı olsa belə, kişi bunu sən daha pissən kimi qəbul edir. Bu, özünəinamı zədələyir, qısqanclıq və qəzəb yaradır.

“Keçmiş münasibətimdə mənə pis davranırdılar”

Psixoloqun fikrincə, keçmiş münasibətlərdə yaşanan zorakılıq və ya pis davranışlar barədə detallı danışmaq əks təsir verə bilər. Bu, qarşı tərəfə sanki “necə davranmaq olar” mesajı kimi səslənə bilər.

Mütəxəssis ya keçmiş münasibətlərdən, ümumiyyətlə, danışmamağı, ya da bunu çox ehtiyatla etməyi tövsiyə edir.

“Sənin əlindən gəlməz”

Bu ifadə ən güclü demotivasiya yaradan sözlərdəndir. Qadının partnyoruna inanmadığını göstərir və kişinin özünə inamını ciddi şəkildə sarsıdır.

“Bütün kişilər eynidir”

Bu sözlə kişi özünü avtomatik olaraq mənfi obrazla eyniləşdirilmiş hiss edir. Hətta mövzu ona aid olmasa belə, psixoloqa görə, bu cür ümumiləşdirmə kişidə müdafiə reaksiyası və uzaqlaşma yaradır.

“Kişi ol da”

Bu ifadə kişinin dəyərini və özünü yetərli hiss etməsini sual altına alır. Nəticədə kişi dialoqa davam etmək əvəzinə, özünü qorumağa və qapanmağa meyilli olur.

Psixoloq münasibətlərin əvvəlində xəstəliklər, xəstəxanalar və tibbi detallarla bağlı uzun-uzadı söhbətlərdən də uzaq durmağı məsləhət görür. Onun sözlərinə görə, bu mövzular bəzi kişilərdə ikrah hissi yarada və cinsi marağı azalda bilər.

Həmçinin intim münasibətlər zamanı kişini alçaldan, lağa qoyan və ya müqayisə edən ifadələr xüsusilə təhlükəlidir. Psixoloq vurğulayır ki, belə sözlər bir dəfə deyilsə belə, kişi onları uzun müddət unutmur və bu, intim yaxınlığı ciddi şəkildə poza bilər.

Mütəxəssislər hesab edirlər ki, sağlam münasibətlərin əsas şərti hörmətli ünsiyyət və tərəfdaşa qarşı diqqətli davranışdır. Bəzən susmaq münasibəti qorumağın ən doğru yolu ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar