İki saata  300 manat   - Konsert qiymətləri niyə cib yandırır?
14 oktyabr 2026 14:32 (UTC +04:00)

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

0

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir.

Maraqlıdır ki, 2 saat davam edən konsertlərin bilet qiymətləri niyə bu qədər yüksəkdir?

İqtisadçı Günay Hüseynova Lent.az-a bildirib ki, tələb bu qiymətlərə şərait yaradıb:

"İlk növbədə konsertləri yerli və xarici müğənnilər olaraq iki qismə bölüb qiymətləri müqayisə edək. Əslində yerli və xaricdən dəvət olunan qonağın qonorarı arasındakı qiymət fərqi cüzidir. Qiymətlər əsasən təşkilat xərcləri ilə bağlı olsa da, tələbə bağlı olaraq da dəyişə bilir. Məsələn, konsertin 1 ay sonra olacağı elan olunsa da, 1 həftə ərzində artıq bütün biletlər, xüsusilə də ön sıralar artıq alınmış olur.

Bilet qiymətləri, ümumiyyətlə, 50-300 manat arası, hətta daha çox ola bilir. 400 manat minimum əmək haqqı olan ölkədə sıravi vətəndaş üçün təqdim olunan bilet qiymətləri yüksəkdir.

Qiymətlərin yüksək olmasına ilk səbəblərdən biri də ciddi yoxlamaların olmamasından qaynaqlanır. Çünki həmin məbləğin qarşılığında nə qədər vergi ödəndiyi və ya bütün çəkilən xərclərin rəsmi fakturasının olub-olmaması, gəlir və xərc arasındakı qiymət fərqi məlum deyil.

Bu kimi səbəblərdən dolayı da istənilən qiymətə bilet satıla bilir. Çünki ilk səbəb odur ki, tələb bu qiymətlərə şərait yaradıb.

Məsələn iştirakçı sayı az olsa, təşkilatçının gəliri azalsa və ya zərərlə qarşılaşsa, növbəti dəfə həmin qiymətlərə təşkil olunmaz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar