Məhkəmə İkardinin xeyrinə  qərar verdi: Vanda Naranın qorxduğu  başına gəldi
05 iyun 2026 12:56 (UTC +04:00)

Məhkəmə İkardinin xeyrinə qərar verdi: Vanda Naranın qorxduğu başına gəldi

0

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi Vanda Naraya qarşı aliment iddiasını qazanıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, məhkəmə Naranın maddi vəziyyətini kifayət qədər hesab edərək ayda 250.000 avro aliment tələbini rədd edib. 

"Qalatasaray"ın dünyaca məşhur argentinalı hücumçusu Mauro İkardi ilə boşanma prosesindən keçən keçmiş həyat yoldaşı Vanda Nara arasında aliment böhranında yeni bir hadisə baş verib. 

Təkcə futbol karyerası ilə deyil, həm də şəxsi həyatı ilə diqqət mərkəzində olan İkardi keçmiş həyat yoldaşının tələb etdiyi böyük aliment məbləğini ödəməmək üçün açdığı məhkəmə iddiasını qazanıb. 

10 illik evliliyi xəyanət iddiaları ilə başa çatan cütlük arasındakı hüquqi mübarizə İtaliyada davam edirdi. Daha əvvəl İkardiyə aliment, faiz və məhkəmə xərclərini ödəmək qərarı çıxarılıb, lakin ulduz futbolçu bu qərardan tez bir zamanda apelyasiya şikayəti verib. 

Məşhur italyan jurnalist Nikolo Şiranın verdiyi məlumata görə, İtaliyanın Milan şəhərində keçirilən yeni məhkəmə prosesində məhkəmə qərarını verib və Vanda Naranın Mauro İkardidən ayda 250.000 avro müvəqqəti aliment tələbini rədd edib.

İşin gedişatını dəyişdirən ən vacib detal məhkəmənin mülahizəsi olub. Arbitraj heyəti Vanda Naranın hazırkı iqtisadi vəziyyətinin və şəxsi gəlirinin kifayət qədər olduğuna qərar verib və buna görə də İkardidən bu hədsiz məbləği ödəmək tələb olunmayıb. Bu qərarla İkardi keçmiş həyat yoldaşı ilə aliment uğrunda apardığı məhkəmə mübarizəsindən qalib çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar