Quba məhkəməsi boşanma zamanı bir-biri ilə dalaşan ər-arvadı cərimələyib.
Lent.az-ın məlumatına görə, boşanma üçün məhkəməyə müraciət edən 35 yaşlı Cəlal və 33 yaşlı Fəridə (şərti adla) növbəti prosesdə iştirak ediblər. Proses zamanı tərəflər bir-birini nalayiq ifadələrlə təhqir ediblər.
Lakin onların hər ikisi təhqirə məruz qalmaları barədə polisə şikayət ediblər. Cəlal keçmiş arvadı və qayınatasının onu təhqir etdiyini deyib. Həmçinin onun keçmiş qayınatası da Cəlalın onu və qızını təhqir etdiyini bildirib. Nəticədə Cəlal və Fəridə barəsində inzibati protokollar tərtib olunub.
Quba rayon Məhkəməsinin qərarı ilə keçmiş ər-arvad hər biri 50 manat miqdarında cərimələniblər.