Əhmədinejad istefaya göndərilməyin bir addımından döndü
İranda İslam İnqilabından bu yana ilk dəfə deputatlar bir prezidenti vəzifəsindən uzaqlaşdırmaq üçün hərəkət keçiblər və bu müraciətə imza atan deputatların sayı 40 nəfərə çatıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, deputat imzalarının sayı 74-ə çatarsa, İran qanunvericiliyinə əsasən, məsələ dərhal parlamentdə müzakirəyə çıxarılmalıdır.
Mahmud Əhmədinejadın istefasını istəyən deputatların sayının sürətlə artdığını görən və ölkədə hər zaman son söz söyləmək hüququna malik olan dini lider Əli Xəmneyi dövrəyə girib və bu mərhələdə Mahmud Əhmədinejadın istefaya göndərilməsi yönündə proses dayanıb.
Mahmud Əhmədinejadı vəzifəsindən uzaqlaşdırmaq istəyənlərin arxasında isə islahatçılar yox, ilk baxışda qəribə də görünsə, parlamentdəki mühafizəkar qanad var. Parlament sədri Ali Laricaninin başında durduğu bu qanad 2009-cu il seçkilərindən sonra həyata keçirilən tədbirlərdən sonra Mahmud Əhmədinejadla körpüləri qırıb və ona qarşı faktiki üsyan bayrağı qaldırıb. Onlar İran prezidentinin populist siyasət həyata keçirərək xalqı aldatdığını, xarici siyasətdə ölkəni təkliyə və təcrid durumuna aparan bir siyasət yürütdüyünü bildirərək Mahmud Əhmədinejada qarşı çıxırlar.
Qeyd edək ki, 2009-cu ildə işsizliyin 10 faiz olduğu İranda hazırda işsizlərin sayı 14,6 faizə qalxıb. Mahmud Əhmədinejada daha çox uğursuz iqtisadi siyasəti ilə bağlı açıq tənqid olunur.

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28