Rasim Ağayev
14 sentyabr 2025 19:10 (UTC +04:00)

Rasim Ağayev

Rasim Ağayev vəfat etdi

0

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə onun yaxınları məlumat paylaşıb.

Rasim Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli "Azradio" yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, "Novosti Press" agentliyinin, "Trud" qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb.

O, "Novosti Press" agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.

1989-cu ildən R.Ağayev Azərbaycanın partiya və dövlət sistemində rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Kommunust Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibinin köməkçisi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri vəzifələrini də tutub.

Rasim Ağayev 1991-1992-ci illərdə Prezident Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində çalışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar