Sel Zaqatalada da körpünü qəzalı vəziyyətə saldı-YENİLƏNİB
14 sentyabr 2025 15:35 (UTC +04:00)

Sel Zaqatalada da körpünü qəzalı vəziyyətə saldı-YENİLƏNİB

0

Talaçayın məcrasından çıxması nəticəsində Zaqatala rayonunun Üçüncü Tala kəndində də təsərrüfatlara ciddi dəyib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, çayın rayonun Üçüncü Tala kəndi ərazisindən keçən hissəsində məcrasından çıxması səbəbindən kəndin Momqabinə və Masğarabinə obalarında kənd sakinlərinə məxsus ümumilikdə 15 hektara yaxın ərazidə fındıq bağları və əkin sahələrini su basıb, təsərrüfatlara ciddi ziyan dəyib.

***

saat 15.24

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb, evlərin həyətyanı sahəsini və fındıq bağlarını su basıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, son günlər Böyük Qafqaz darlarının cənub ətəyinin Zaqatala rayonu ərazisinə yağan intensiv leysan yağışlar səbəbindən Talaçay, Muxax, Silban, Bəkməz və digər çaylarda suyun səviyyəsi kəskin artıb, Talaçaydan səhər saatlarında sel keçib.

Talaçay rayonun Makov kənd inzibati ərazisinə aid Hövtala kənd ərazisindən keçən hissədə məcrasından çıxaraq çayın üzərindəki piyada körpüsünün bir hissəsini qəzalı vəziyyətə salıb. Hövtala kəndində 10-a yaxın evin həyətyanı sahəsini və bir-neçə sakinin fındıq bağını su basıb, təsərrüfatlara ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar