İran ABŞ-a Avropanı “nümunə” göstərir
Bu istək Parlamentin qətnaməsində əks olunub. 736 deputatın yarıdan çoxu qətnamənin lehinə səs verib. Qətnamədə Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştondan tələb edilib ki, məsələyə dair ABŞ-la danışıqlar aparsın.
Qeyd edək ki, bu təşkilat İranda 1979-cu il inqilabında fəal iştirak edən siyasi qüvvələrdəndir. Xalq Mücahidlər Təşkilatı İranda şah dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı mübarizə aparmağa başlayıb. 1981-1982-ci illərdə İran Silahlı Qüvvələri ilə təşkilatın üzvləri arasında silahlı qarşıdurma olub, təşkilatın minlərlə üzvü həbsə salınıb və ya edam edilib. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü xarici ölkələrə mühacirət edib. Hazırda təşkilatın silahlı qanadı əsasən İraqdakı “Əşrəf” hərbi qərargahında məskunlaşır.
ABŞ hökuməti İran Xalq Mücahidlər Təşkilatını terrorçu qurumlar siyahısına 1997-ci ildə daxil edib. Həmin vaxt ABŞ-ın prezidenti Bill Klinton, İran prezidenti isə Məhəmməd Xatəmi olub. Avropa Birliyi 2009-cu il yanvarın 26-da bu təşkilatın adını terrorçu qurumlar siyahısından çıxarıb. Birlik İran Xalq Mücahidlər Təşkilatını terrorçu qurumlar siyahısına 2002-ci ildə daxil etmişdi.
Təşkilatın qurucuları arasında Şeyx Məhəmməd Xiyabaninin qohumlarından biri Musa Xiyabani də olub. O, aytətullah Xomeyninin hakimiyyəti illərində qətl yetirildikdən sonra təşkilatda müəyyən qarışıqlıq yarandı. Bununla yanaşı, mücahidlərdə Xomeyniyə inam itdiyindən, ona qarşı müxalifətə keçdilər. Belə bir durumda təşkilat dağılma təhlükəsi ilə üzləşdiyindən mücahidlər «iç inqilab» adlı bir prosesdən keçirlər. Bir müddət sonra təşkilatın təşəbbüsü ilə «Müqavimət hərəkatı» adlı birlik yaradılır. Birliyə Məryəm Rəcəvi (o, həm də hərəkat adından İranın baş naziri kimi tanınır) seçilir. Məryəm Rəcəvinin əri Məsud Rəcəvi isə mücahidlərin mənəvi lideri olur.
İran-İraq savaşı zamanı Mücahidlər Səddam Hüsyenə yardım ediblər. Onlar bunu Tehran hakimiyyətinə qarşı silahlı savaşın tərkib hissəsi kimi dəyərləndirirlər.
Avropa Parlamentinin müraciətinin ardınca Tehran hakimiyyətinin informasiya vasitələri Avropa Birliyi ilə İran arasında ticarət dövriyyəsinə haqda məlumat yayıb. «Iran News»-un yaydığı xəbərə görə, 2010-cu ilin ilk 8 ayı ərzində İslam Respublikası ilə Avropa Birliyi arasında ticarət dövriyyəsi 46 faiz artaraq, ötən ilin uyğun dövri ilə müqayisədə 17,15 milyard avroya çatıb.
Mənbə bildirib ki, birliyə üzv olan 27 dövlətlərlə İslam Respublikası arasında keçən ilin 8 ayı ərzində ticarət dövriyyəsi 11,77 milyard avro təşkil edib. İlk növbədə İrandan Avropaya ixrac edilən malların həcmi artıb. 2009-cu ilin ilk 8 ayında Avropa Birliyi ölkələrinə ixracat 5,15 milyard avro olubsa, cari ilin həmin dövründə bu göstərici 9,53 milyard avro təşkil edib. Bu isə İrandan AB-yə ixaracatın 58 faiz artması deməkdir.
Məlumata əsasən, İslam Respublikasından Avropaya xam neft ixarc edilib.
İrana isə AB-dən idxal edilən malların həcmi də ötən illə müqayisədə 15 faiz artaraq, 7 milyard 622 milyon avro təşkil edib.
Avroparlamentin yuxarıda qeyd etdiyimiz müraciətindən sonra belə bir xəbərin yayılması təsadüfi sayılmır. Bunu Tehranın Vaşinqtona «dosyesi» kimi də dəyərləndirmək olar. İran hakimiyyəti bu xəbərlə həm də ABŞ-la Avropa Birliyi arasında İslam Respublikasına münasibətdə etimadsızlıq və qarşıdurma yaratmağa səy göstərir.
Sədrəddin Soltan

Oxşar yazılar

"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38