Dünyanın ən böyük ağzına  sahib adam
25 may 2024 18:41 (UTC +04:00)

Dünyanın ən böyük ağzına sahib adam

Anqolalı Fransisko Dominqo Joaquim ağzı ilə bütün dünyada səs salmağı bacarıb. 

Lent.az xəbər verir ki, sözügedən şəxs dünyada ən böyük ağıza sahib şəxs kimi “Ginnesin Rekordlar Kitabına” daxil edilib. 

Anqolalı bu şəxs ağzını rezin kimi uzatdığı videonu internetdə paylaşaraq məşhurlaşıb. Onun bu videosu sosial şəbəkələrdə viral olub. Hər kəs onun bu qabliyyətinə təəccüblənib. Hətta bəziləri buna inanmayaraq onun effektdən istifadə etdiyini iddia edib. 

Fransisko bu iddialara cavab vermək üçün İtaliyanın Böyük Ağız yarışmasına qatılıb. O, yarışmada ağzına hər cür şeyin, nəlbəkilərin, stəkanların belə qoyulmasına icazə verib.

Təbii ki, müsabiqənin qalibi tezliklə adı “Ginnesin Rekordlar Kitabı”nın səhifələrinə düşən Fransisko Dominqo olub.

Ölçmə apararkən məlum olub ki, onun ağzı 17 santimetrdir. Rekordçu bunun üçün heç bir xüsusi məşq və ya əməliyyat etmədiyini bildirib. Həkimlər isə bunu  displaziya ilə izah ediblər. Ancaq təəssüf ki, onun bu qabiliyyəti Fransiskoya heç bir maddi yardım etmədi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Sevinc Fərid

Oxşar yazılar