Zaqatalalı qadını Qaxda ilan sancdı
09 avqust 2026 14:22 (UTC +04:00)

Zaqatalalı qadını Qaxda ilan sancdı

0

Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb.

Hadisə rayonun Ağyazı kəndinin ərazisində baş verib.

Zaqatala rayonu Əliabad qəsəbə sakini 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri aparan zaman ərazidə olan ilan qəfildən onun sağ ayaq pəncəsindən sancıb.

A. İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. İsgəndərovaya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun müalicəsi Qax RMX-nın Reanimasiya şöbəsində davam etdirilir./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar