Tanınmış aktyor  müxbirlərin üstünə   mühafizəçiləri göndərdi 
14 mart 2023 13:55 (UTC +04:00)

Tanınmış aktyor müxbirlərin üstünə mühafizəçiləri göndərdi 

0

Türkiyəli tanınmış aktyor Uraz Kaygılaroğlu dünən axşam Caddebostanda bir restorandan çıxanda xoşagəlməz hadisə yaşanıb. 

Lent.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor məkandan çıxarkən mühafizəçiləri müxbirlərin üstünə göndərib və özü dərhal oradan qaçaraq avtomobilinə minib. 

Məlumata görə, Kaygılaroğlu bunu şəkillərinin çəkilməməsi üçün edib. 

Jurnalistlərin “Uraz bəy, bu hərəkətə nə ehtiyac var idi?” sualına gülümsəyən aktyor daha sonra avtomobilini əks istiqamətə sürərək yolda tıxaca səbəb olub. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1551

Oxşar yazılar