Dünyanın ən məşhur futbolçularının gözəl sevgililəri – SİYAHI
08 noyabr 2026 19:55 (UTC +04:00)

Dünyanın ən məşhur futbolçularının gözəl sevgililəri – SİYAHI

0

Dünya futbolunun ulduzları təkcə meydandakı uğurları ilə deyil, şəxsi həyatları ilə də milyonlarla insanın diqqətini çəkirlər. Onların həyat yoldaşları və sevgililəri isə gözəllikləri, karyeraları və dəbdəbəli həyat tərzləri ilə gündəmdən düşmürlər.

Lent.az xarici KİV-ə istinadən məşhur futbolçuların həyatındakı xanımları təqdim edir.

Lionel Messinin həyat yoldaşı Antonela Rokutso futbol dünyasının ən tanınmış xanımlarındandır. Uşaqlıqdan bir-birini tanıyan cütlük 2017-ci ildə ailə qurub. Onların üç oğlu var.

Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriges də daim diqqət mərkəzindədir. Model və iş xanımı olan Corcina futbolçu ilə 2016-cı ildə tanış olub. Cütlük 2025-ci ildə nişanlandığını açıqlayıb.

Erlinq Holandın sevgilisi İzabel Hauqsenq Yohansen isə daha sakit həyat tərzinə üstünlük verir. Futbolçu ilə uzun illərdir münasibətdə olan İzabel nadir hallarda ictimaiyyət qarşısına çıxır.

Robert Levandovskinin həyat yoldaşı Anna Levandovska peşəkar idmançı və fitnes sahəsində tanınmış simadır. Cütlük həm idmana bağlılığı, həm də ailə həyatı ilə seçilir.

Bu xanımların bir çoxu yalnız məşhur futbolçuların sevgilisi kimi deyil, moda, biznes və idman sahələrindəki uğurları ilə də tanınırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar