44 gün ərzində siz əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi.
Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.
Dövlət başçısının sözlərinə görə, müharibənin ilk saatlarında Türkiyə Prezidentinin verdiyi bəyanat və telefon söhbəti bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır: “Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Və tarixi sözləriniz ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır, heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə biz də şəxsən və qardaş türk xalqına minnətdarıq”.