Türkiyə İlon Maskı  cərimələdi
06 mart 2023 18:24 (UTC +04:00)

Türkiyə İlon Maskı cərimələdi

Türkiyə Rəqabət Şurası İlon Maskı cərimələyib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şura Maskı “Twitter”i onların razılığı olmadan aldığına görə cərimə tətbiq edib. 

Qeyd edək ki, effektiv rəqabətin əhəmiyyətli dərəcədə azaldığı üçün cəza qəbul olunub. Mask 2022-ci ildə “Twitter”in Türkiyədəki gəlirinin 0,1 faizi məbləğini cəza kimi ödəməli olacaq. Rəqabət Şurası onu da qeyd edib ki, cəriməyə 60 gün ərzində Ankara məhkəməsində etiraz edilə bilər.

Xatırladaq ki, 2022-ci ilin dekabrında reklam şirkətləri “Twitter” ilə əməkdaşlığını dayandırdıqları üçün gəlirləri təxminən 40 faiz azalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3373

Oxşar yazılar