Çin “bir ailə, bir uşaq” siyasətindən imtina edir?
05 avqust 2013 20:07 (UTC +04:00)

Çin “bir ailə, bir uşaq” siyasətindən imtina edir?

Çin “bir ailə, bir uşaq” siyasətindən imtina edə bilər.

APA-nın “Russia Today” saytına istinadən verdiyi məlumata görə, Səhiyyə və uşaq planlaşdırılması işləri üzrə komitənin mətbuat katibi Mao Kunan bildirib ki, bir çox Çin ailələrinə bir uşaqdan dünyaya gətirməyə icazə veriləcək.

 

Hazırkı qanunvericiliyinə görə, ailədə tək uşaq olmuş valideynlərə bir uşaqdan çox saxlamağa icazə verilirdi. Komitənin rəsmi nümayəndəsi bildirib ki, bu məsələ Çin Kommunist Partiyasının 18-ci çağırış plenumunda, ya da 2014-cü ilin martında Millət vəkillərinin Ümumçin toplantısında müzakirəyə çıxarılacaq.

 

M.Kunan bildirib ki, ölkədə ekoloji vəziyyət gərgin olaraq qalır və bütün vətəndaşlarını tələb olunan resurslarla təmin etməkdə çətinliklər var.

 

Qeyd edək ki, “bir ailə, bir uşaq” siyasəti Çində 1970-ci illərdən tətbiq olunur. Siyasətin əsas məqsədi Çində əhalinin sayına nəzarət etməkdir. Rejimi pozmuş valideynlər külli miqdarda cərimə olunur.

 

# 789
avatar

Oxşar yazılar